Əsas səhifə Haqqımızda Xəbər lenti

Leninin məqbərəsi dağıdılacaq? – Müsabiqə elan olunub

Leninin məqbərəsi dağıdılacaq? – Müsabiqə elan olunub

Baş memar: “Heç kim müsabiqənin şərtlərini oxumaq istəmir”

 

Sovet proletariatının lideri Vladimir İliç Leninin Moskvada yerləşən muzeyi ilə bağlı qalmaqal yaranıb. Belə ki, məqbərənin istifadə qaydasının dəyişdirilməsi ilə bağlı Rusiya Memarlar İttifaqı müsabiqə elan edib.

 

AYNA xəbər verir ki, ruslar, əsasən də kommunist ideyalarının daşıyıcısı olan vətəndaşlar bunun əleyhinə çıxırlar. İddiaya görə, hökumət Leninin mumiyalanmış cəsədini muzeydən çıxarmaq, oranı uçurmaq istəyir.

 

Memarlar İttifaqının rəhbəri Nikolay Şumakov isə yerli mətbuata açıqlamasında məsələnin yanlış anlaşıldığını deyib. O, məqbərənin bundan sonrakı istifadə qaydası barədə detalları açıqlayıb.

 

“Burada söhbət Leninin cəsədinin məqbərədən çıxarılmasından getmir. Binanın necə istifadə ediləcəyi qərarı verildikdən sonra buna baxıla bilər. Biz Leninin cəsədinin məqbərədən kənarlaşdırılmasını təklif etmirik. Məqbərənin dağıdılması məsələsi də yoxdur. Sovet memarlığının ən böyük əsərinin daha yaxşı istifadə edilməsi üçün həll variantları, layihələr gözləyirik”, - deyə Şumakov söyləyib.

 

Onun sözlərinə görə, heç kim müsabiqənin şərtlərini oxumaq istəmir: “Oxumayanlar da bildirirlər ki, Leninin cəsədi oradan çıxarılacaq, məqbərə partladılacaq. Bunlar şayiədir”.

 

Yeri gəlmişkən, Rusiyanın Kommunist Partiyasının lideri Gennadi Züqanov məqbərənin başqa formada istifadəsinə qarşı çıxıb. O, movzeleylə bağlı keçirilən müsabiqəni çirkin təxribat adlandırıb.

Müəllif: Ayna.az      17 Sentyabr 2020 17:42
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin