Əsas səhifə Haqqımızda Xəbər lenti

Bakıda 27 yaşlı müəllimin intiharı ilə bağlı rəsmi MƏLUMAT

Bakıda 27 yaşlı müəllimin intiharı ilə bağlı rəsmi     MƏLUMAT

Şahidlərin dairəsi müəyyənləşdirilib, onlar dindirilib

 

Baş Prokurorluq Bakıda 27 yaşlı müəllimin intihar etməsi ilə bağlı məlumat yayıb. Baş Prokurorluğun Mətbuat Xidmətindən AYNA-ya verilən məluamat görə, sentyabrın 16-da saat 15 radələrində paytaxtın Suraxanı rayonu, Hövsan qəsəbə sakini Naidə İsayevanın Nərimanov rayonu, Aşıq Molla Cümə küçəsində yerləşən hündürmərtəbəli binanın 16-cı mərtəbəsindən özünü ataraq intihar etməsi barədə Nərimanov rayon prokurorluğuna məlumat daxil olub.

 

Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

 

Faktla bağlı Nərimanov rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.

 

İş üzrə müvafiq ekspertizalar təyin edilib, şahidlərin dairəsi müəyyənləşdirilərək dindirilib, o cümlədən digər prosessual hərəkətlər yerinə yetirilib. Cinayət işi üzrə bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədi ilə istintaq tədbirləri davam etdirilir.

Müəllif: Ayna.az      17 Sentyabr 2020 15:54
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin