Əsas səhifə Haqqımızda Xəbər lenti

“Yaşadığımız evə ermənilərin köçürülməsini gördüm” – DEPUTAT

“Yaşadığımız evə ermənilərin köçürülməsini gördüm” –     DEPUTAT

Tural Gəncəliyev: “Ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi beynəlxalq cinayətidir”

 

Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında Dağlıq Qarabağın azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev Livandan ermənilərin Qarabağa köçürülməsi məsələsinə toxunub.

 

AYNA xəbər verir ki, Gəncəliyevin sözlərinə görə, bütün platformalarda bu məsələ qaldırılmalıdır:  “Xüsusilə son günlər Livan ermənilərinin Şuşaya köçürülməsi həyata keçirilir. Mən öz yaşadığımız evə ermənilərin köçürülməsini gördüm və bu, məni çox məyus etdi. Digər tərəfdən, biz beynəlxalq təşkilatların nümayəndələri ilə görüşlərin sayını artırmalıyıq. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi ilə birgə bu görüşləri, əməkdaşlığı genişləndirməliyik. Livandakı, Suriyadakı ermənilərin Azərbaycanın işğal olunmuş ərazilərinə köçürülməsi beynəlxalq cinayətidir”. 

Müəllif: Ayna.az      17 Sentyabr 2020 12:29
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin