"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb

"Qarabağ" Çempionlar Liqasında mübarizəni dayandırıb

“Qarabağ” penaltilər seriyasında uduzub

 

"Qarabağ" komandası UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin oyununa çıxıb. 

 

AYNA-nın məlumatına görə, Kiprin Larnaka şəhərindəki "AEK Arena"da keçirilmiş görüşdə rəqib Norveç "Molde"si olub. Qarşılaşmanın əsas vaxtında qapılara qol vurulmayıb. Qol epizodları sarıdan kasad olan 90 dəqiqə ərzində qapılar qarşısında elə də təhlükəli vəziyyət yaranmayıb. Bununla belə, görüş "Qarabağ"ın üstünlüyü şəraitində keçib. Xüsusən, meydana çıxacağı son anda dəqiqləşən Mahir Emreli əlverişli imkandan yararlana bilməyib. 

 

Emreli əlavə vaxtda da real imkanı qola çevirə bilməyib. Əvəzində "Molde" Donald Geryenin kobud oyunu nəticəsində 101-ci dəqiqədə penalti qazanıb. Lakin qapıçı Şahruddin Məhəmmədəliyev Etzaz Hüseynin zərbəsini dəf etməyi bacarıb. 

 

Əlavə vaxtın ikinci bölümü də qolsuz tamamlanıb. 120-ci dəqiqədə "Qarabağ"ın kapitanı Maksim Medvedev xəsarət alsa da, oyuna davam edə bilib. Nəticədə penalti seriyasına müraciət olunub. 

 

Bu bölümdə isə "Molde" daha dəqiq olub - 6:5. "Qarabağ"dan penaltini Bədavi Hüseynov dəqiq yerinə yetirə bilməyib. 

 

Beləliklə, "Molde" Çempionlar Liqasında pley-offa yüksələrək, Macarıstan "Ferentsvaroş"una rəqib olub. Çıxışını Avropa Liqasının pley-offunda davam etdirəcək "Qarabağ"ın rəqibi isə hələ müəyyənləşməyib. 

 

16 sentyabr

 

Çempionlar Liqası
IlI təsnifat mərhələsi
21:00. “Qarabağ” (Azərbaycan) – “Molde” (Norveç) - 0:0 (ƏLAVƏ VAXT - 0:0, PENALTİLƏRLƏ - 5:6)

 

İstifadə olunmamış penalti: Etzaz Hüseyn, 102 ("Molde")

 

Penalti seriyası: 

 

Ohi Omoyjuanfo - 0:1

Uroş Matiç - 1:1

Fredrik Aursnes - 1:2

Maksim Medvedev - 2:2

Erik Hestad - 2:3

Patrik Andrade - 3:3

Tobias Kristensen - 3:4

Kevin Medina - 4:4

Martin Ellingsen - 4:5

Şahruddin Məhəmmədəliyev - 5:5

Kristoffer Haugen - 5:6

Bədavi Hüseynov - 5:6  (qapıçı)

 

Hakimlər: Srcan Yovanoviç, Uroş Stoykoviç, Milan Mixayloviç, Novak Simoviç (hamısı Serbiya)
Larnaka (Kipr). “AEK Arena”

Müəllif: Ayna.az      17 Sentyabr 2020 00:21
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin