“Qalatasaray” Bakıya gəldi

“Qalatasaray” Bakıya gəldi

Fatih Terimin mətbuat konfransı olacaq

 

UEFA Avropa Liqasının II təsnifat mərhələsində Bakının “Neftçi” klubu ilə qarşılaşacaq Türkiyənin “Qalatasaray” komandası sentyabrın 16-da Bakıya gəlib.

 

AYNA xəbər verir ki, İstanbul təmsilçisini gətirən təyyarə Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib. Saat 18:00-da baş məşqçi Fatih Terimin mətbuat konfransı, saat 18:30-da isə “Qalatasaray”ın ilk 15 dəqiqəsi mətbuat nümayəndələri üçün açıq olacaq məşqi keçiriləcək.

 

Qeyd edək ki, sentyabrın 17-də Bakı Olimpiya Stadionunda keçiriləcək “Neftçi”-“Qalatasaray” matçı saat 20:00-da başlayacaq.

Müəllif: Ayna.az      16 Sentyabr 2020 16:37
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin