Əsas səhifə Haqqımızda Xəbər lenti

“Azəriqaz”da kadr dəyişikliyi edilib

“Azəriqaz”da kadr dəyişikliyi edilib

Rəis müavini rəis oldu

 

“Azəriqaz” İstehsalat Birliyində (İB) kadr dəyişikli olub. Bu barədə AYNA-ya “Azəriqaz” İB-dən məlumat verilib. Bildirilib ki, Rəşad Mübariz oğlu Cavadov Birliyin Tərtər Regional qaz istismarı İdarəsinin rəisi təyin edilib. Bu barədə baş direktor Ruslan Əliyev müvafiq əmr imzalayıb.

 

Rəşad Cavadov bu təyinata qədər “Azəriqaz” İstehsalat Birliyinin Abonent bazasına xidmət şöbəsinin rəis müavini vəzifəsində çalışıb.

 

Qeyd edək ki, Tərtər Regional qaz istismarı İdarəsinin rəisi vəzifəsində çalışmış Hüseyn Şirinov isə bu günlərdə tutduğu vəzifədən azad edilərək Xaçmaz Regional qaz istismarı İdarəsinin rəisi təyin olunub.

Müəllif: Ayna.az      16 Sentyabr 2020 15:03
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin