Əsas səhifə Haqqımızda Xəbər lenti

“Lukaşenko çətin anlar yaşayır, amma Putinə təslim olmağa hazır deyil”

“Lukaşenko çətin anlar yaşayır, amma Putinə təslim olmağa hazır deyil”

Konstantin Kalaçov: “Kremlin Belarusda indiki iqtidardan başqa tərəfdaşı yoxdur”

 

Putinlə Lukaşenkonun görüşünün əsas nəticəsi - Rusiyanın hərtərəfli dəstəyi ilə Aleksandr Qriqoryeviçin Belarus Respublikasının Prezidenti olaraq qalmasıdır. Bunu AYNA-ya rusiyalı politoloq Konstantin Kalaçov deyib.

 

“Onların görüşündə söhbətin uzun çəkməsinə diqqət etsək, belə qənaətə gəlmək olar ki, seçki nəticələrinin tanınması və 1,5 milyard dollar kredit müqabilində Lukaşenko ciddi güzəştlərə getməlidir. Görüşün əsas nəticəsi, dediyim kimi, Lukaşenkonun Prezident kürsüsündə qalmasıdır. Birlik Dövlətinin yeni formatı, iqtisadi inteqrasiya, ortaq hüquqi məkan, səlahiyyətlilərin hərəkətlərinin koordinasiyası, Rusiyanın Belarusdakı hərbi mövcudluğu, xarici siyasətdə sıx qarşılıqlı əlaqə, Krımın tanınması və yaxınlaşmaq üçün digər hərəkətlər barədə məsələlərə gəldikdə, bunun üçün bir yol xəritəsi tələb edilir”, - ekspert bildirib.

Rus uzmandan seçim tahminleri: Putin sınıfı geçebilecek mi? – Yeni Çağ

O, əlavə edib ki, Putin Lukaşenkoya tam etibar etmir və burada ən maraqlı sual “nədən başlayacaqlar?”dır: “Ortada Rusiya şirkətlərinə Belarusun sahib olduğu aktivlərin özəlləşdirilməsinə icazə vermək mövzusu var. Konstitusiyanın qəbulundan sonra həm hakimiyyətin davamlılığını, həm də Rusiya üçün əlverişli yeni bir Prezidentin meydana çıxmasını təmin edə biləcək konstitusiya islahatı və yeni seçkilər mövzusu var. İlk konkret addımlar ən qısa müddətdə atılmalıdır. O zaman Rusiya rəhbərliyinin istədiyi hər şeyi alacağını, ya da Lukaşenkonun taktiki manevrindən və qismən güzəştlərdən bəhs etdiyini söyləmək mümkün olacaq”.

 

Kalaçov hesab edir ki, Lukaşenkonun hakimiyyətinin legitim olub-olmaması Kreml üçün heç bir əhəmiyyət kəsb etmir: “Rusiya onun legitimliyini tanıdı və bu yöndə qonşularla münasibətlərdəki neqativlər atalar sözü ilə izah edilə bilər: “İslanmışın yağışdan nə qorxusu”. İki dövlətin inteqrasiyasının gələcəyi hələ də asılı vəziyyətdədir. Lukaşenko bu vəziyyətdən sıyrılıb çıxmağa çalışacaq. Uzun illər o, Belarusun suverenliyinin qarantı idi. İndi çətin anlar yaşayır. Ancaq Putinə təslim olmağa hazır deyil. Unutmayaq ki, söhbətin sonunda heç bir razılaşma imzalanmadı. Lukaşenko dövründə inteqrasiya prosesində hər hansı bir dəyişiklik gözləmək çətindir, amma Rusiyanın da bu respublikada başqa tərəfdaşı yoxdur. Və haradan gələcəyi də bəlli deyil. “Lukaşenkodan sonra kim və nə edəcək” sualı açıq qalır. Rusiyanın inteqrasiyanı, xüsusən iqtisadi inteqrasiyanı sürətləndirmək arzusu var. Ancaq əvvəlcə Belarusda vəziyyət sabitləşməlidir”.

Müəllif: Nicat Hacıyev      17 Sentyabr 2020 15:40
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin