Dünya bazarında neftin qiyməti qalxır

Dünya bazarında neftin qiyməti qalxır

Azərbaycan neftinin qiyməti 40,64 dollar təşkil edib

 

Dünya birjalarında neft qiymətləri bahalaşıb. AYNA-nın xəbərinə görə, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,57 dollar artaraq 41,10 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,63 dollar bahalaşaraq 38,91 dollar olub.

 

Azərbaycan neftinin qiyməti də bahalaşıb. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,73 dollar artaraq 40,64 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      16 Sentyabr 2020 10:47
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin