“Arsenal” Obameyanqla müqaviləni yeniləyib

“Arsenal” Obameyanqla müqaviləni yeniləyib

31 yaşlı forvard qarşıdakı 3 ildə 60 milyon funt-sterlinqə yaxın gəlir əldə edəcək

 

İngiltərənin “Arsenal” klubu hücumçusu Pyer-Emerik Obameyanqla müqavilənin müddətini uzadıb.

 

AYNA xəbər verir ki, bu barədə London təmsilçisinin rəsmi saytı məlumat yayıb.

 

Qabonlu hücumçu ilə sözləşmənin müddəti 2023-cü ilədək uzadılıb. 31 yaşlı forvard qarşıdakı 3 il ərzində “topçular”dan ümumilikdə 60 milyon funt-sterlinqə yaxın gəlir əldə edəcək.

 

Qeyd edək ki, Obameyanq “Arsenal”a 2018-ci ildə Almaniyanın “Borussiya” (Dortmund) klubundan keçib. O, indiyə qədər bu komandada 111 oyuna çıxıb, 72 qola imza atıb.

Müəllif: Ayna.az      16 Sentyabr 2020 02:13
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin