Əsas səhifə Haqqımızda Xəbər lenti

Rəsmi Minskdən Litva Seyminin qərarına etiraz: “Sağlam düşüncə deyil”

Rəsmi Minskdən Litva Seyminin qərarına etiraz: “Sağlam düşüncə deyil”

“Belarus səlahiyyətlilərinə sanksiya təzyiqi göstərməyə çağırışlar isə xüsusilə rədd edilməlidir”

 

Belarus Parlamentinin Respublika Şurasının Rəyasət Heyəti Litva Seyminin prezidentliyə sabiq namizəd Svetlana Tixanovskayanı və müxalifətin Koordinasiya Şurasını Belarus xalqının yeganə qanuni nümayəndəsi kimi tanıması qərarını pisləyib. AYNA xəbər verir ki, Rəyasət Heyəti sözügedən qərarı sağlam düşüncədən kənar adlandırıb.

 

“Litvanın deputatları Belarusun daxili işlərinə kobud şəkildə müdaxilə edir və xalqın ölkə rəhbərliyinə və ölkənin inkişaf yolunu seçmək hüququna açıq hörmətsizlik göstərir. Başqa bir ölkə deputatlarının Belarus xalqına lider təyin etmək cəhdi sağlam düşüncə xaricindədir”, - deyə bəyanatda qeyd olunub.

 

Rəsmi Minsk Litva Seyminin addımlarını təxribat və qəbuledilməz adlandırıb: “Belarus səlahiyyətlilərinə sanksiya təzyiqi göstərməyə çağırışlar isə xüsusilə rədd edilməlidir”.

 

Qeyd edək ki, Litva Seymi Belarus müxalifətinin prezidentliyə sabiq namizədi Svetlana Tixanovskayanı Belarusun qanuni Prezidenti kimi tanıyıb. Seym deputatları beynəlxalq ictimaiyyəti Tixanovskayanı və müxalifətin Koordinasiya Şurasını dəstəkləməyə çağırıb. 

Müəllif: Ayna.az      15 Sentyabr 2020 18:48
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin