Əsas səhifə Haqqımızda Xəbər lenti

İkili diplom proqramı üzrə əlavə müsabiqə elan edilib

İkili diplom proqramı üzrə əlavə müsabiqə elan edilib

Sənəd qəbulu sentyabrın 20-dək davam edəcək

 

Koreya Respublikasının “İNHA” ali təhsil müəssisəsi ilə Bakı Mühəndislik Universitetinin mühəndislik ixtisas istiqaməti üzrə ikili diplom proqramı çərçivəsində 2020-2021-ci tədris ili üzrə bakalavriat səviyyəsinə əlavə sənəd qəbulu elan edilib. Təhsil Nazirliyindən AYNA-ya bildirilib ki, sənəd qəbulu sentyabrın 20-dək davam edəcək.

 

İkili diplom proqramı çərçivəsində bakalavriat səviyyəsində təhsil dörd il müddətində ingilis dilində aparılacaq. Tələbələrə sonuncu il üzrə “İNHA”dakı təhsil ili üçün əlavə olaraq Koreya dili tədris ediləcək. İkili diplom proqramı ilə bağlı əlavə məlumatla elan vasitəsilə tanış olmaq mümkündür.

Müəllif: Ayna.az      15 Sentyabr 2020 17:35
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin