Rəsmi Vaşinqtondan Navalnının zəhərlənməsinə REAKSİYA

Rəsmi Vaşinqtondan Navalnının zəhərlənməsinə     REAKSİYA

Pompeo: “Zəhərlənmə hadisəsi tam və hərtərəfli araşdırılmalıdır”

 

ABŞ Rusiya müxalifətinin lideri Aleksey Navalnının zəhərlənməsi işinin istintaqına daha çox ölkənin cəlb olunmasını istəyir. AYNA TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Katibi Mayk Pompeo bildirib.

 

ABŞ hesab edir ki, zəhərlənmənin hansı şəraitdə baş verməsi, ümumiyyətlə bu cür hadisələrin necə mümkün olduğunu öyrənmək istəyir.

 

“Baş verənlər bizi narahat edir. Navalnının zəhərlənməsi hadisəsi tam və hərtərəfli araşdırılmalıdır. ABŞ məsələnin araşdırılmasında iştirak edən ölkələrin sayının çox olmasının tərəfdarıdır”, - deyə Pompeo qeyd edib.

 

Pompeo bildirib ki, istintaq zəhərli maddənin Navalnının orqanizminə hansı yolla düşdüyünü müəyyənləşdirməlidir: “İstintaq ciddi araşdırma aparmalıdır, bu hadisənin necə baş verdiyini açıqlamalıdır”.

 

Qeyd edək ki, A.Navalnı avqustun 20-də təyyarədə özünü pis hiss etdiyi üçün Omskda xəstəxanaya yerləşdirilib. O, sentyabrın 7-də Almaniyanın paytaxtı Berlin şəhərindəki “Şarite” klinikasına köçürülüb. Almaniya hökuməti A.Navalnının qanında “Noviçok” adlı zəhərli maddənin aşkarlandığını açıqlayıb.

Müəllif: Ayna.az      15 Sentyabr 2020 14:22
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin