Məhkəmə sədri 96 yaşlı atanı bağışlayıb - VİDEO

Məhkəmə sədri 96 yaşlı atanı bağışlayıb -                 VİDEO

Hakim ədalətli qərar çıxararaq atanı bağışlayır

 

Amerika məhkəməsinin məşhur hakimi Frank Caprio bu dəfə məktəb ərazisində sürət həddini aşmış 96 yaşlı kişini bağışlayıb.

 

AYNA xəbər verir ki, sosial mediada həmin məhkəmə prosesini əks etdirən video paylaşılıb. 

 

Yaşlı müttəhim məhkəmədə çıxışı zamanı bildirir ki, o, atadır və 63 yaşlı oğlu xərçəng xəstəliyindən əziyyət çəkir: "Sürətli idarə etmirəm, 96 yaşındayam, yavaş maşın sürürəm. Və ancaq lazım olanda sürürəm. O gün oğlumu qan analizi üçün xəstəxanaya aparırdım. Oğlum xəstədir, xərçəng xəstəliyindən əziyyət çəkir. Həftədə iki dəfə onu xəstəxanaya aparıram. Həyəcandan sürət həddini aşmışam".

 

Hakim də ədalətli qərar çıxarır, "Sən çox yaxşı kişisən. 90 yaşını keçmənə rəğmən, hələ də ailənə sahib çıxırsan. Bu möhtəşəmdir. Sizə sağlıqlı həyat diləyirəm", - deyərək atanı bağışlayıb. 

Müəllif: Ayna.az      7 Avqust 2019 11:35
Maraqlı bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin