Moskvada COVID-19 daha 13 nəfərin həyatına son qoyub

Moskvada COVID-19 daha 13 nəfərin həyatına son qoyub

Koronavirusdan ölənlərin sayı artmaqda davam edir 

 

Rusiyanın paytaxtı Moskvada yeni növ koronavirusdan ölənlərin sayı 5 min nəfəri ötüb.

 

AYNA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə Moskvada koronavirusla əlaqəli vəziyyətin monitorinqi üzrə operativ qərargahdan bildiriblər.

 

Məlumatda deyilir: "Moskvada pnevmoniya diaqnozu qoyulan və koronavirus infeksiyası aşkarlanmış 13 xəstə dünyasını dəyişib".

 

Qeyd edək ki, ümumilikdə Moskvada koronavirusdan ölənlərin sayı 5 006 nəfərə çatıb.

Müəllif: Ayna.az      15 Sentyabr 2020 05:32
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin