Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda son sutkada 76 nəfər COVID-19-a yoluxub

Azərbaycanda son sutkada 76 nəfər COVID-19-a yoluxub

104 nəfər sağalıb, 2 nəfər vəfat edib

 

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 76 yeni yoluxma faktı qeydə alınıb, 104 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 38403 nəfər koronavirus infeksiyasına yoluxub.

 

Onlardan 35860 nəfər müalicə olunaraq sağalıb, 564 nəfər vəfat edib, aktiv xəstə sayı 1979 nəfərdir.

 

Ölkədə son sutka ərzində 3630, hazırkı dövrədək isə 1013108 test aparılıb.

Müəllif: Ayna.az      14 Sentyabr 2020 17:43
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin