Əsas səhifə Haqqımızda Xəbər lenti

Riskli, amma məcburi: Valideynlər seçimlərini ediblər

Riskli, amma məcburi: Valideynlər seçimlərini ediblər

Əksəriyyət hesab edir ki, təhsilsizliyin zərəri virus təhlükəsindən daha betərdir

 

Sabahdan yeni tədris ili başlayır. 2020-2021-ci tədris ili pandemiya şərtlərinə görə digər illərdən fərqlənir. Belə ki, Təhsil Nazirliyinin verdiyi qərara əsasən, valideynlərə övladlarını onlayn, yoxsa ənənəvi yolla təhsil almaq seçimi verilir.

 

AYNA-nın əməkdaşı sosial şəbəkə istifadəçiləri arasında “Övladlarınızı məktəbə yollayacaq, yoxsa təhsillərini onlayn davam etdirmələrinə üstünlük verəcəksiniz?” mövzusunda sorğu keçirib. Beləliklə:

 

Emil Maqalov: “Mən uşaqların məktəbə getmələrinə icazə verəcəm”.

 

İsmayıl Əhməd: “İcazə verəcəm. Məsələn, mənim 3 övladım necə və hansı şəraitdə onlayn dərslərdə iştirak edəcək, onu bilmirəm. Hansı ailədə 3 kompüter var? Minlərlə ailədə nə kompüter var, nə də internet. Kəndlərdə internet yoxdursa, uşaqlar necə qoşulacaqlar? Və nəylə? İşıqlar tez-tez sönür. Bu dərslər necə sistematik keçəcək? Rabitə Nazirliyinin bütün bu çatışmazlıqlardan xəbəri ola-ola, nə üçün Təhsil Nazirliyinə xəbər vermir?”.

 

Azər Kərimov: “Məktəbə göndərəcəm”.

 

Müşfiq Qədirov: “Təbii ki, məktəbə gedəcəklər. Onlayn dərs ola bilər, ancaq təlim-tərbiyə ola bilməz heç vaxt. Kompüter və digər vasitələrlə şüalanma təhlükəsinin fəsadları virus təhlükəsindən daha çoxdur. Göz zəifliyindən tutmuş beyin quruması və iflicinə qədər təhlükə var”.

 

Lalə Mehralı: “İlk bir neçə gün uşaqları məktəbə göndərməyi düşünürəm. Oğlum 7-ci sinfə gedəcək. 12 yaşadək maska məcburi deyil, oğlumun 13 yaşı var və dərslərdə maska ilə oturmaq məcburi olsa, göndərməyəcəm məktəbə. Maskada nəfəs almaq olmur, uşaq oksigensiz qalsa, sonra səhhətində ayrı problemlər yaranacaq”.

 

Arzu Umut: “Onlayın dərsi davam etdirəcəm. 2 gün get, 3 gün getmə, belə doğru deyil. Əlavə geyimə mənasız xərclərə ödəyəcəyim məbləğə ödənişli əlavə dərslərə xərcləyəcəm”.

 

Məhbubə Məmmədova: “Mən istəyirəm ki, uşaq məktəbə getsin. İmmunitetimiz az-çox öyrəşib. Onlayn dərslə heç bir keyfiyyət əldə edə bilməyəcəyik”.

 

Zeynəb Kazımova: “Oğlum 4-cü sinfə keçib. Keçən tədris ilindən sərbəst şəkildə özü onlayn dərslərə qoşulmağı bacarır. Normal dərs keçilir. Onlayn davam etdirməyi düşünürəm. Fikrimcə, həftədə 2 dəfə məktəbə getmək normal əyani təhsilin yerini verməyəcək. Vəziyyəti nəzərə alaraq, hələlik onlayn formada davam edəcəyik”.

 

Könül Aypara: “Dərsə birbaş. Onlayn təhsil uşağı şikəst gününə qoyacaq. Evdə uşaq dərs oxumur. Müəllimin varlığını, məsuliyyəti hiss etmirlər. Təbii, karantin qaydalarına riayət etmək şərtilə”.

 

Elnurə Abuşova: “Evdə oxumur uşaq. Göndərəcəyəm dərsə. Uşağın cəmiyyətdən təcridi özünəqapanmağa gətirib çıxarır. Uşaqlara ünsiyyət, məsiliyyət lazımdır”.

 

Əli Hacızadə: “Bizim uşaq bağçaya getməlidir, hətta, may ayından adını yazdırmışıq, mütləq gedəcək”.

 

Bəhruz Salmanov: “Təbii ki, məktəbə getmələrinə icazə verəcəm”.

 

Elgün Namazlı: “Təbii ki, icazə verəcəm”.

 

Vahid Qasımov: “Evdə oturacaq. Məktəb sosial mühitdən başqa uşağa heç nə vermir. Evdə oturub kitab oxusa, ondan yaxşıdır. Onsuz da uşaqla məktəbdəki müəllim yox, ya evdəki valideyn, ya da repetitor məşğul olur”.

Müəllif: Təranə Xudabaxşiyeva      14 Sentyabr 2020 15:52
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin