Əsas səhifə Haqqımızda Xəbər lenti

Tixanovskaya Putinə müraciət etdi: “Lukaşenko qanuni lider deyil”

Tixanovskaya Putinə müraciət etdi: “Lukaşenko qanuni lider deyil”

“Hakimiyyətə gələcəyimiz təqdirdə Soçi danışıqlarının nəticələrinə yenidən baxacağıq”

 

Belarus prezidentliyinə sabiq namizəd Svetlana Tixanovskaya Rusiya Prezidenti Vladimir Putinə müraciət edib. Bu barədə AYNA xarici mediaya istinadən bildirir.

 

Tixanovskaya hesab edir ki, Soçidə Belarus Prezidenti ilə Rusiya Prezidenti arasındakı görüşdə əldə edilən hər hansı razılaşma etibarlı olmayacaq. “Çünki Lukaşenko ölkənin qanuni lideri deyil. Hakimiyyətə gələcəyimiz təqdirdə Soçi danışıqlarının nəticələrinə yenidən baxacağıq, bütün razılaşmaları yenidən nəzərdən keçirəcəyik”, - deyə Tixanovskaya vurğulayıb.

 

Qeyd edək ki, bu gün Belarus Prezidenti Aleksandr Lukaşenko Rusiyaya səfər edib. Lukaşenko Soçidə rusiyalı həmkarı ilə görüşəcək. Görüşdə ölkələr arasında bir sıra məsələlər ətrafında razılaşma olacağı gözlənilir.

Müəllif: Ayna.az      14 Sentyabr 2020 15:08
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin