Əsas səhifə Haqqımızda Xəbər lenti

Belarusdakı aksiyalarda 774 etirazçı saxlanılıb

Belarusdakı aksiyalarda 774 etirazçı saxlanılıb

Saxlanılanların 554 nəfəri müvəqqəti saxlama təcridxanalarına yerləşdirilib

 

Belarus Daxili İşlər Nazirliyi (DİN) dünənki etiraz aksiyalarında tutulanların sayı barədə məlumat verib. AYNA-nın xəbərinə görə, aksiyalarda ümumilikdə 774 nəfər saxlanılıb. Bunlardan 500-dən çoxu Minskdəki etirazçılardır.

 

Saxlanılanların 554 nəfəri müvəqqəti saxlama təcridxanalarına yerləşdirilib. DİN həmçinin Moqilevdəki aksiyalar zamanı hüquq-mühafizə orqanlarının əməkdaşlarına hücum cəhdi edildiyini, polislərin formalarına və üzərlərindəki avadanlıqlara zərər gəldiyini açıqlayıb.

 

Qeyd edək ki, Belarusda etiraz aksiyaları altıncı həftədir ki, davam edir. Mitinq iştirakçıları Prezident Aleksandr Lukaşenkonun istefasını, yeni prezident seçkilərinin keçirilməsini və nümayişçilərə qarşı amansız təzyiq göstərən məsul şəxslərin cəzalandırılmasını tələb edirlər. Səlahiyyətli şəxslər vəziyyətə xarici müdaxilə elementlərinin göründüyünə inanırlar. Lukaşenkoya görə, etirazçılar ölkədə “rəngli inqilablar təlimatları”na uyğun hərəkət etməyə çalışırlar, Polşa, Litva, Çexiya və Ukraynadan idarə olunurlar. Müxalifət dövlət çevrilişinə cəhddə günahlandırılır.

 

Xatırladaq ki, 9 avqustda Belarusda prezident seçkiləri keçirilib. MSK-nın açıqladığı nəticələrə görə Prezident Lukaşenko seçicilərin 80 faizindən çoxunun səsini qazanaraq növbəti dəfə Prezident seçilib. Müxalifətin namizədi Svetlana Tixanovskaya isə 10 faiz səs alıb.

Müəllif: Ayna.az      14 Sentyabr 2020 14:05
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin