Xalq artisti düşdüyü qəzadan danışdı

Xalq artisti düşdüyü qəzadan danışdı
"Özümə heç nə olmayıb"
 
Azərbaycanın Xalq artisti, aktyor Əjdər Həmidov Tovuz rayonunda zəncirvari qəzaya düşüb. AYNA xəbər verir ki, baş vermiş hadisə ilə bağlı Oxu.Az-ın əməkdaşı Ə.Həmidovla əlaqə saxlayıb. 
 
Xalq artisti başına gələn qəzanı bu cür şərh edib:
 
"Vəziyyətim yaxşıdır. Qəza nəticəsində "Cherry" markalı avtomobilim əzilib. Amma özümə heç nə olmayıb. Hazırda Tovuzda dost-tanışla oturub çay içirəm, dincəlirəm".
 
Qeyd edək ki, "VAZ 2107" markalı avtomobillə "Mercedes Vita" və aktyor Əjdər Həmidovun idarə etdiyi "Cherry" markalı avtomobillər  toqquşub. VAZ 2107"-nin sürücüsü Nofəl Həsənzadə və "Mersedes" markalı avtomobilin sürücüsü Abdulla Hüseynov da xəsarət alıblar.
Müəllif: Ayna.az      7 Avqust 2019 05:40
Mədəniyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin