Türkiyə Superliqasında yeni mövsüm başlayıb

Türkiyə Superliqasında yeni mövsüm başlayıb

Bu gün Super Liqada daha 4 oyun keçiriləcək

 

Bu gün Türkiyə Superliqasında 2020/2021 mövsümünə start verilib.

AYNA-nın məlumatına görə, ilk oyun günündə 1 qarşılaşma baş tutub.

 

Səfərdə "Rizespor"un qonağı olan "Fənərbağça" rəqibini 2:1 hesabı ilə məğlub edib. 

 

Matçda ilk qolu meydan sahibləri vurublar. 59-cu dəqiqədə Milan Şkoda fərqlənib. İstanbul təmsilçisi bu qola 76-cı dəqiqədə Gökhan Gönüllə cavab verib. 87-ci dəqiqədə isə penaltini dəqiq yerinə yetirən yeni transfer Xose Ernesto Sosa "Fənərbağça"ya əzmkar qələbə qazandırıb.

 

Qeyd edək ki, bu gün Super Liqada daha 4 oyun keçiriləcək. "Neftçi"nin UEFA Avropa Liqasının II təsnifat mərhələsindəki rəqibi olan "Qalatasaray" doğma meydanda "Qaziantepspor"la üz-üzə gələcək.

Müəllif: Ayna.az      12 Sentyabr 2020 06:30
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin