Əsas səhifə Haqqımızda Xəbər lenti

Bitkoin yenidən bahalaşır

Bitkoin yenidən bahalaşır

İqtisadiyyatçılar bildirirlər ki, "Facebook"un yeni kripto valyutasını bazara çıxarmağa hazırlaşdığına dair gəzən şaiyələr bitkoinin yenidən bahalaşmağına səbəb olub.

 

2019-cu ilə 4 min dollardan da ucuz qiymətlə başlayan bitkoinin dəyəri bazar günündən etibarən 9 min dolları keçib. Koin bazarındakı bu bahalaşmanı ekspertlər "Facebook"un özünə aid yeni koin vahidini bazara çıxarmağa hazırlaşmağıyla bağlı yayılan şayiələrlə əlaqələndirirlər.

 

Bazardakı hərəkətliliyin artmağının digər səbəbi də "Facebook"la yanaşı "Microsoft" və "Amazon" kimi dünya miqyaslı şirkətlərin kripto valyutalara maraq göstərməyiylə bağlıdır.

 

Qeyd edək ki, bitkoin analitiki Oliver İsak bu ayın əvvəlində, “Bitcoinin bazar dəyəri 2019-cu ilin sonunda 25 min dollar məbləğinə çata bilər” – deyə bildirmişdi.

 

Müəllif: Ayna.az      18 İyun 2019 13:48
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin