Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

“Azeri Light” markalı neftin bir barrelinin qiyməti 40,89 dollar təşkil edib

 

Dünya birjalarında neftin qiyməti müxtəlif istiqamətlərdə dəyişib. AYNA xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 0,06 dollar geriləyərək 40 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,01 dollar bahalaşaraq 37,30 dollar olub.

 

Azərbaycan neftinin də qiyməti ucuzlaşır. Belə ki, “Azeri Light” markalı neftin bir barrelinin qiyməti 0,37 dollar ucuzlaşaraq 40,89 dollar təşkil edib.

 

Qeyd edək ki, Azərbaycan neftinin bir barrelinin qiyməti bu il aprelin 21-də minimuma enərək 15,81 dollar, 2008-ci ilin iyulunda isə maksimuma yüksələrək 149,66 dollar olub.

Müəllif: Ayna.az      11 Sentyabr 2020 12:19
İqtisadiyyat bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin