Əsas səhifə Haqqımızda Xəbər lenti

Teleaparıcı 5 illik fasilədən sonra ekranlara qayıdır

Teleaparıcı 5 illik fasilədən sonra ekranlara qayıdır

AzTV-nin “Xəbərlər” proqramını Samirə Mustafayeva təqdim edəcək

 

Tanınmış xəbər aparıcısı Samirə Mustafayeva beş illik fasilədən sonra yenidən ekranlara qayıdır. AYNA-nın xəbərinə görə, bu sahədə 16 illik təcrübəsi olan S.Mustafayevanın yeni iş yeri ölkənin bir nömrəli televiziya kanalı, Azərbaycan Televiziyası (AzTV) olacaq.

 

Teleaparıcı artıq sentyabrın 14-dən etibarən həftənin beş günü AzTV-nin “Xəbərlər” İnformasiya proqramının axşam saat 20:00, 22:00 və gecə saat 00:00 buraxılışını təqdim edəcək. S.Mustafayeva şənbə günü eyni saatlarda studiyanı AzTV-nin digər xəbər aparıcısı Mümtaz Xəlilzadə ilə bölüşəcək. Həmin gün “Xəbərlər”i aparıcılar tamaşaçılara birgə çatdıracaqlar. Onu da bildirək ki, “Xəbərlər” proqramı sentyabrın 14-dən etibarən efirə yeni və möhtəşəm dizaynla hazırlanmış studiyadan çıxacaq.

 

Qeyd edək ki, S.Mustafayeva ilk dəfə xəbər aparıcılığına 2003-cü ildən başlayıb, peşəkar xəbər aparıcısı kimi tanınır.

Müəllif: Ayna.az      11 Sentyabr 2020 12:04
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin