Əsas səhifə Haqqımızda Xəbər lenti

Amerikalıların qiyamət günü, “radikal islam”a qarşı “cihad” və ya 9-cu səlib yürüşü

Amerikalıların qiyamət günü, “radikal islam”a qarşı “cihad” və ya 9-cu səlib yürüşü

Üçüncü minillik qanla qarşılandı, gizli bir əl sivilizasiyalar arasındakı böyük müharibənin fitilini yandırdı

 

20-ci əsrin 90-cı illərində Sovet imperiyasının dağılması 40 ildən çox davam edən “soyuq müharibə”ni də başa çatdırdı. Bu çökmə, yalnız bir sistemin çökməsi deyildi. Eyni zamanda, ikiqütblü dünya düzəni dəyişdi. Artıq Amerika Birləşmiş Ştatları həm Avroatlantik məkanda, həm də Sakit Okean hövzəsi dövlətləri üzərində supergüc halına gəldi.

 

ABŞ bu bölgələrdə iqtisadi, siyasi və hərbi gücünü artırmaqda idi. Lakin “Şərq Qütbü”nə daxil olan Yaxın və Orta Şərq ölkələri hələ də tam olaraq ABŞ təsirinə keçməmişdi. Diplomat H.Kissincer yazırdı ki, ABŞ bu bölgələrə ayrıca dünya kimi baxır və hər zaman bu ərazilərə keçid üçün yeni yol xəritələri hazırlayırdı. Onlardan biri “Körfəz müharibəsi” idi. Bu müharibədən sonra Amerika oyundan karlı çıxmış və yeni dünya düzənini rahatlıqla elan etmişdi.

 

11 sentyabra aparan yol

 

Bütün dünyanı lərzəyə gətirən 11 sentyabr terrorunun əsası 1980-ci illərdə Sovet-Əfqanıstan müharibəsi zamanı qoyulmuşdu. Belə ki, ruslara qarşı döyüşmək üçün Amerika xüsusi xidmət orqanları Əfqanıstan və Pakistanın Pişəvər şəhərində topalanan bir qrup islamçı təşkilata silah satışı həyata keçirirdi. Bu zaman Pişəvərə gedənlər arasında Səudiyyə Ərəbistanının inşaat maqnatının oğlu Üsamə Bin Laden də vardı.

Osama bin Laden killed - Photos - The Big Picture - Boston.com

Müharibə bitdikdən sonra gənc Bin Laden və islamçı dostları 1986-cı ildə öz təşkilatlarını qurdular və dünyanı qanadı altına alacaq islamçı nəhəng ordunun qurulmasını qarşılarına məqsəd qoydular. Hərbi çevrələr arasında tanınsa da, dünya Bin Ladenlə 1990-cı ildə tanış oldu. Belə ki, İraq lideri Səddam Hüseyn Küveyti işğal edincə, Bin Laden Səudiyyə Krallığına açıq müraciət edərək Küveyti Səddam işğalından azad etməyi onun qruplaşmalarına həvalə etməsini istədi. O bildirmişdi ki, Küveyti ancaq müsəlman ordusu canı bahasına azad edə bilər.

 

Lakin kral ona nəzakətlə “yox” deyib, əvəzində Amerika ordusunu Ərəbistana dəvət etdi. Bundan sonra Bin Laden ölkəsini tərk edib, Pakistana getdi, oradan Əfqanıstana qayıtdı. Bu zaman o, böyük nüfuz qazanmış, İslam dünyasında xarizmatik hərbi liderə çevrilmişdi. Lakin az sonra öz ölkəsinin vətəndaşlığından çıxarılması onu Qərb və ABŞ-a qarşı hiddətləndirdi. Sudana gedərək, burada “Əl-Qaidə”nin növbəti mərkəzini qurdu.

 

1993-cü ildə onun yaxın adamlarından və əl üsulu bomba hazırlamaq üzrə peşəkar mühəndis olan Rəmzi Yusif adlı pakistanlı oğlan Amerikada “əkiz qüllələr”i partlatmaq üçün  plan hazırlamışdı. Binanın altına yerləşdirilən bombanın partlama nəticəsində 10-a yaxın insan həlak olmuşdu.

 

Və o gün...

 

Dünya Üsamə Bin Ladeni ikinci dəfə 2001-ci ildə tanıdı. Bu dəfə xarizmatik lider kimi yox, vahiməli biri kimi.

 

11 sentyabr 2001-ci il tarixində yerli saatla 09:00-da sərnişin daşıyan təyyarə Nyu-York şəhərində yerləşən Dünya Ticarət Mərkəzinin “əkiz qüllələr”indən birinə çırpıldı. Qaynar xəbərlər çaşqınlıqla bunu bir qəza olaraq qiymətləndirdi. Bu xəbərlər yayımlanarkən, tam 18 dəqiqə sonra ikinci sərnişin təyyarəsi digər qülləni dəlib keçdi. Bu, artıq terror idi.

Larry Silverstein, Lewis Eisenberg made billions from destruction of Twin  Towers – Veterans Today | Military Foreign Affairs Policy Journal for  Clandestine Services

410 metr yüksəkliyi olan tikililər yanmağa və dünyanın gözləri önündə canlı yayımda içərisində minlərlə insanla birlikdə çökməyə başladı. Bu terror hadisəsindən yarım saat sonra dünya daha bir şok yaşadı. ABŞ Dövlət Departamentinin binası önündə iki ədəd bomba yerləşdirilmiş avtomobil partladıldı. Eyni anda, həm də Amerika Müdafiə Nazirliyinin (Pentaqon) binasına daha bir təyyarə hücumu həyata keçirildi. Lakin 4-cü təyyarə öz əməliyyatını həyata keçirə bilmədi. Pensilvaniyaya qəza enişi etmişdi. Xarici mətbuat yazırdı ki, bu təyyarə ya Ağ Evi, ya da Konqress binasını vuracaqdı.

 

“İslam dünyasının kafirlər üzərində böyük zəfəri”

 

Həmin gün terror aktlarında raket kimi istifadə edilən təyyarələr ABŞ Hava Yollarına məxsus sərnişin təyyarələri idi və “Əl-Qaidə”nin peşəkar terrorçuları tərəfindən qaçırılmışdı. Dördüncü təyyarədəki sərnişilərin cəld tərpənməsi və müqaqviməti ilə həmin təyyarə öz məqsədinə çata bilməmişdi.

 

İlk saatlarda terroru “Fələstin Demokratik Qurtuluş Cəbhəsi” öz üzərinə götürmüşdü. Lakin az sonra Bin Laden adlı şəxs səs yazısı yayımlayaraq, “Əl-Qaidə” lideri kimi terrorun məsuliyyətini öz üzərinə götürdüyünü və təyyarələri qaçıran mücahidlərə də birbaşa özünün təlim keçdiyini bəyan etdi. Hətta, bunu “İslam dünyasının kafirlər üzərində böyük zəfəri” adlandırdı.

 

Daha sonralar araşdırmaçılar üzə çıxardılar ki, o, 11 sentyabr hadisələrindən əvvəl ABŞ-da böyük dəhşətlərin yaşanacağını bəyan etmişdi. Federal Təhqiqatlar Bürosu üç gün içərisində 72 nəfər “Əl-Qaidə” üzvünü saxladı və məlum oldu ki, təşkilat lideri Bin Laden bu planı Əfqanıstanda bir mağarada hazırlayıbmış.

 

Çox keçmədən ABŞ onun tapılması və öldürülməsi planları üzərində çalışsa da, yalnız 2011-ci ildə onu Pakistanda öldürə bilmişdilər. Bu münasibətlə Prezident Barak Obama ABŞ xalqını və dünya ictimaiyyətini təbrik etmişdi.

 

11 sentyabrdan sonra

 

11 sentyabr hadisəsindən sonra ABŞ Prezidenti Corc Buş “CNN İnternational”a verdiyi müsahibədə xalqı sakitliyə çağırmış, terrorçuların tapılması yönündə Amerikanın daha ağır cavab verəcəyini bəyan etmişdi. O, rəsmən elan etdi ki, Əfqanıstanda hərbi əmləyyatlar aparılacaq, hansı ölkə terroru pisləyən bəyanat yaymasa, onlar da terrorizmlə əlaqəli dövlətlər kimi “qara siyahı”ya salınacaq, aqibətləri ağır olacaq.

 

Qeyd: Azərbaycan Respublikası 11 senytabr hadisələrini pisləyən və terror hadisəsi adlandıraraq ABŞ-a rəsmi dəstək verən ilk ölkələrdən oldu. Beynəlxalq terrorizmlə mübarizədə dəstəyi təmin etmək məqsədi ilə ABŞ Konqresi Prezidentə 907-ci düzəlişin hüquqi qüvvəsini dayandırmaq səlahiyyəti verdi.

 

11 sentyabr hadisələrindən sonra ABŞ-ın xarici siyasəti kökündən dəyişdi. Bütün siyasi gedişlərin önündə terrorla mücadilə dayandı. Öncə Daxili Təhlükəsizlik Təşkilatı yaradıldı ki, qısa müddətdə bura 180 min təcrübəli şəxs dəvət edildi və təşkilat 2003-cü ildə ölkənin ən böyük federal qurumuna çevrildi.

 

İkinci mühüm addım 2001-ci ilin oktyabr ayında qəbul qanun “Patriot” qanunu oldu ki, buraya 15 qanun əlavə edilərək, həm terrorla mücadilədə, həm də çirkli pulların yuyulması, qanunsuz immiqrasiya və s. məsələlər qarşıya qoyuldu. Bu qanuna görə, ölkəni qorumaq üçün müəyyən təhlükəsizlik təşkilatları adi vətəndaşların da telefonunu dinləmək haqqına sahib idi.

 

Terror aktının beynəlxalq münasibətlərə təsiri

 

11 sentyabr hadisəsi dünya ölkələrini də ciddi tədbir almağa vadar etdi. Britaniya hökuməti “Kobra” əməliyyatına başlayaraq, bütün hava yolları gediş-gəlişlərini təxirə saldı. Nəzarət sistemi gücləndirildi. Parlament binası, kraliyyət sarayı və digər dövlət əhəmiyyətli obyektlər mühafizəyə alındı. Ölkəyə giriş-çıxışlar məhdudlaşdırıldı.

 

Fransa hökuməti həmin gün təcili iclas keçirdi. Bütün polis, hərbi və digər təhlükəsizlik xidmətləri gücləndirilmiş iş rejiminə keçdi. İtaliya hava yolu şirkətləri isə tamamilə fəaliyyətlərini dayandırdı. Təl-Əviv, Amman, Beyrut və  Tehrana olan uçuşlar təxirə salındı. Amerikan məktəbləri, təşkilatları olan binalar mühafizə edildi. Hollandiya da ölkəyə giriş-çıxışı azaltdı, bəzi uçuşları təxirə saldı.

 

NATO-nun Brüsseldəki mərkəzi və Monsdakı müttəfiqlər ofisini güclü qoruma altına aldı. Növbəli sistemlə 24 saat ciddi rejimdə işləməyi qərara aldılar. Sakit Okean hövzəsi dövlətləri də terrora qarşı bir sıra ciddi tədbirlə aldı. Terror dünya valyutası və neft bazarına da təsirsiz ötüşmədi. Valyuta ilə yanaşı, dünya bazarında neftin qiyməti artdı.

 

“Buş doktrinası”

 

Terror hadisəsindən sonra Prezident Corc Buş Amerikaya təhdid ola biləcək bütün dövlətlərin daxili işlərinə, demokratiya adı ilə birbaşa müdaxilə yolunu seçdi. Əgər həmin ölkə rəhbərləri öz istəkləri ilə getməzdilərsə, ABŞ hərbi yolla onları devirəcəkdi. Bu doktrina, əsasən müsəlman ölkələrinə yönəlmişdi. Rusiya ilə yanaşı, bəzi Qərb ölkələrinin siyasətçiləri isə terrorun və o səbəbdən hazırlanan doktrinanın Şərq ölkələrinin sərvətlərini talamaq üçün bəhanə olduğunu illərdir səsləndirirlər.

Джордж Буш-младший обвинил Россию во вмешательстве в американские выборы

Beləliklə, 11 sentyabr hadisəsi siyasi, hərbi və iqtisadi qarışıqlıqlar yaratmaqla yanaşı, hələ sualı cavablandırılmayan məsələlər də çıxardı ortalığa. Yaxın və Orta Şərqdə işğallarla yanaşı, mədəniyyətlər də bir-biri ilə düşman oldu.

 

“Buş doktrinası”ndan sonra ard-arda Yaxın və Orta Şərq ölkələrinə “radikal İslama qarşı dirəniş, demokratik hərəkat” adı ilə hücumlar başladı. Böyük Orta Şərq layihəsi də bu işğalların davamıdır. 11 sentyabr hadisəsi İslam dininə də ləkə vurdu - “radikal islam” “islam terroru” terminləri beynəlmiləl status aldı.

Müəllif: Şəhla Cabbarlı      11 Sentyabr 2020 10:24
Tarix bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin