Əsas səhifə Haqqımızda Xəbər lenti

Lukaşenko çağırış etdi: “Əvvəlki dövrə qayıdaq”

Lukaşenko çağırış etdi: “Əvvəlki dövrə qayıdaq”

“Ölkəmiz üçün tipik olan təhlükəsiz dövrə qayıtmalıyıq”

 

Belarus Prezidenti Aleksandr Lukaşenko ölkənin əvvəlki vəziyyətə qayıtması üçün xalqa çağırış edib. AYNA-nın xəbərinə görə, dövlət başçısı bu barədə yeni Baş prokuror Andrey Şvedanın təqdimatı zamanı deyib.

 

Lukaşenko qeyd edib ki, prokurorluqlar indiki çətin və kəskin dövrdə kifayət qədər aktiv fəaliyyət göstərməyib: “Prokurorluq orqanları fəaliyyətini Belarusun müstəqilliyinin və təhlükəsizliyinin qorunması istiqamətinə yönəltməlidirlər”.

 

“Ölkəmiz üçün tipik olan təhlükəsiz dövrə qayıtmalıyıq. Sabitlik Belarusun imicidir. Gəlin, əvvəlki dövrə qayıdaq”, - deyə Lukaşenko qeyd edib.

 

Belarusiyada etiraz aksiyaları beşinci həftədir ki, davam edir. Mitinq iştirakçıları Lukaşenkanın istefasını, yeni prezident seçkilərinin keçirilməsini və nümayişçilərə qarşı amansız təzyiq göstərən məsulların cəzalandırılmasını tələb edirlər. Səlahiyyətli şəxslər vəziyyətə xarici müdaxilə elementlərinin göründüyünə inanırlar. Lukaşenkaya görə, etirazçılar ölkədə “rəngli inqilablar təlimatları” na uyğun hərəkət etməyə çalışırlar, Polşa, Litva, Çexiya və Ukraynadan idarə olunurlar. Müxalifət dövlət çevrilişinə cəhddə günahlandırılır.

 

Xatırladaq ki, 9 avqustda Belarusda prezident seçkiləri keçirilib. MSK-nın açıqladığı nəticələrə görə Prezident Lukaşenko seçicilərin 80 faizindən çoxunun səsini qazanaraq növbəti dəfə Prezident seçilib. Müxalifət namizədi Svetlana Tixanovskaya isə 10 faiz səs alıb.

Müəllif: Ayna.az      10 Sentyabr 2020 15:56
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin