Əsas səhifə Haqqımızda Xəbər lenti

Gürcüstanda koronavirusun ikinci dalğası başlayıb

Gürcüstanda koronavirusun ikinci dalğası başlayıb

Bir gündə 57 nəfərin yoluxması rekord həddir

 

Gürcüstanın Baş Naziri Georgi Qaxariya ölkədə koronavirus pandemiyasının ikinci dalğasının başladığını elan edib. AYNA bu barədə “Sputnik Georgia”ya istinadən məlumat verir.

 

Səlahiyyətli orqanlar Gürcüstanda bir gündə 57 nəfərin yoluxmasının rekord hədd olduğunu açıqlayıblar.  

 

“Koronavirusun ikinci dalğasının olacağı gözlənilirdi. Artıq proses başlayır. Payızda gözlədik və payızda proses başlayır”, - deyə Baş Nazir bildirib.

 

Qaxariya vəziyyətin nəzarətdə olduğunu, ajiotaja ehtiyac görmədiyini də vurğulayıb: “Səhiyyə sistemi gündə 6-7 min test həyata keçirə bilər və tezliklə bu rəqəm 10 minə çatacaq”.

 

Qeyd edək ki, pandemiya başlayandan bəri Gürcüstanda koronavirusa yoluxanların ümumi sayı 1830-a çatıb. 19 xəstə öldü, 1334 sağalıb.

Müəllif: Ayna.az      10 Sentyabr 2020 14:53
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin