Əsas səhifə Haqqımızda Xəbər lenti

Abşeronda ağır qəza: xəsarət alanlardan biri ölüb

Abşeronda ağır qəza: xəsarət alanlardan biri ölüb

Beş nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə reanimasiya şöbəsindədirlər

 

Ötən gün Abşeron rayonu Saray qəsəbəsində qeydə alınan ağır yol-nəqliyyat hadisəsi zamanı xəsarət alan doqquz nəfərdən üçü evə buraxılıb.

 

AYNA xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Qeyd olunub ki, qəzada xəsarət alanlardan altı nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə reanimasiya şöbəsinə yerləşdiriliblər. Onlardan birinə açıq kəllə-beyin travması diaqnozu qoyulub, vəziyyəti ağır olub. Həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

 

Xatırladaq ki, hadisə hərəkətdə olan 50-DG-539 və 90-EN-982 dövlət nömrə nişanlı iki “Mercedes” markalı minik avtomobilinin toqquşması nəticəsində baş verib.

Müəllif: Ayna.az      10 Sentyabr 2020 11:02
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin