AFFA-da istefa: İntizam Komitəsinin sədri vəzifədən getdi

AFFA-da istefa: İntizam Komitəsinin sədri vəzifədən getdi

Tofiq Fətullayev öz istəyi ilə müvafiq vəzifədən ayrılıb

 

Azərbaycan Futbol Federasiyası Assosialsiyasının (AFFA) İntizam Komitəsinin sədri postunda dəyişiklik olub. AYNA-nın AFFA-nın saytına istinadən xəbərinə görə, sözügedən komitənin sədri Tofiq Fətullayev öz istəyi ilə müvafiq vəzifədən ayrılıb.

 

AFFA İcraiyyə Komitəsinin növbəti iclasına qədər İntizam Komitəsinin sədri vəzifəsi hazırda komitənin üzvü olan Erkin Hüseynova həvalə olunub. İcraiyyə Komitəsinin növbəti iclasında İntizam Komitəsinin tərkibi barədə müvafiq qərar qəbul olunması nəzərdə tutulub.

 

AFFA-nın rəhbərliyi İntizam Komitəsinin sabiq sədri Tofiq Fətullayevə uzunmüddətli səmərəli fəaliyyətinə görə minnətdarlığını bildirib.

Müəllif: Ayna.az      9 Sentyabr 2020 17:39
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin