Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda COVID-19-a sutkalıq yoluxma artdı

Azərbaycanda COVID-19-a sutkalıq yoluxma artdı

Koronavirusdan 154 nəfər sağalıb, 175 yeni yoluxma faktı qeydə alınıb

 

Azərbaycanda koronavirus infeksiyasından daha 154 nəfər müalicə olunaraq sağalıb, 175 yeni yoluxma faktı qeydə alınıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər vəfat edib.

 

Hazırkı dövrədək ölkəmizdə 37 min 732 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 35 min 119 nəfər müalicə olunaraq sağalıb, 555 nəfər vəfat edib. Aktiv xəstə sayı 2058 nəfərdir.

 

Ötən müddət ərzində 980 min 978 test aparılıb. Bugünkü test sayı isə 7040-dır.

Müəllif: Ayna.az      9 Sentyabr 2020 16:03
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin