Əsas səhifə Haqqımızda Xəbər lenti

Qonşu ölkə bəzi məhdudiyyətlərin müddətini uzadıb

Qonşu ölkə bəzi məhdudiyyətlərin müddətini uzadıb

Gürcüstanda teatr, kinoteatr və uşaq əyləncə mərkəzlərinin açılması noyabrın 1-dək təxirə salınıb

 

Gürcüstanda koronavirus infeksiyası ilə əlaqədar tətbiq edilən bəzi məhdudiyyətlərin müddəti noyabrın 1-dək uzadılıb. AYNA qonşu ölkə mətbuatına istinadən bildirir ki, bu barədə Gürcüstan hökuməti qərar qəbul edib.

 

Qərarda qeyd olunub ki, ölkədə epidemioloji vəziyyət narahatlıq doğurur. Ölkədə son günlər koronavirusa yoluxma hallarının artması səbəbindən teatr, kinoteatr və uşaq əyləncə mərkəzlərinin açılması noyabrın 1-dək təxirə salınıb.

 

Qeyd edək ki, ölkədə kinoteatrların sentyabrın 15-də, teatrların isə oktyabrın 1-də açılması nəzərdə tutulmuşdu.

Müəllif: Ayna.az      9 Sentyabr 2020 16:17
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin