Əsas səhifə Haqqımızda Xəbər lenti

Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb

ABŞ Prezidenti “tarixi sülh müqaviləsi”nə verdiyi töhfəyə görə mükafata namizəd olub

 

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Nobel Sülh Mükafatına namizədliyi irəli sürülüb. AYNA xəbər verir ki, bu barədə ABŞ-ın yerli medyası “Fox News” xəbər verib.

 

Məlumata görə, ABŞ Prezidenti İsrail ilə Birləşmiş Ərəb Əmirlikləri arasındakı “tarixi sülh müqaviləsi”nə verdiyi töhfəyə görə mükafata namizəd olub.

 

Qeyd edək ki, Trampın namizdəliyinin norveçli radikal sağ yönümlü siyasətçi Christian Tybring-Gjedde tərəfindən irəli sürüldüyü iddia edilir.

Müəllif: Ayna.az      9 Sentyabr 2020 15:47
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin