Lənkəranda qəza: Ölən və yaralananlar var

Lənkəranda qəza: Ölən və yaralananlar var

Minik maşınında olan sərnişinlər xəstəxanaya aparılıblar

 

Lənkəranda ağır yol-nəqliyyat hadisəsi olub.  AYNA-nın APA-ya istinadən məlumatına görə, hadisə Lənkəran-Boradigah yolunun Girdəni kəndindən keçən hissəsində baş verib.

 

Günəhir kənd sakini, 1978-ci il təvəllüdlü Asif Fərəcovun idarə etdiyi 99-JR-725 dövlət qeydiyyat nömrəli “Ford” markalı yük avtomobili ilə İstisu kənd sakini, 1986-cı il təvəllüdlü Mais Kəlbiyevin idarə etdiyi 42-CN-713 qeydiyyat nömrəli “VAZ 2107” markalı avtomobil toqquşub.

 

Minik maşınında olan sərnişinlər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparılıblar. Onlardan biri, 1979-cu il təvəllüdlü Mahir Əhmədov yolda dünyasını dəyişib. Digər xəsarət alanlar - 1947-ci il təvəllüdlü Güldərən Əhmədova, 1968-ci il təvəllüdlü Sevil Abdullayeva və 2014-cü il təvəllüdlü Hüseyn Mahir oğlu Əhmədzadə Travmatologiya şöbəsinə, sürücü Mais Rəcəbəli oğlu Kəlbiyev isə Reanimasiya şöbəsinə yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az      9 Sentyabr 2020 12:21
Hadisə bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin