Əsas səhifə Haqqımızda Xəbər lenti

Müdafiə və təhlükəsizlik xərclərimiz artırılır – RƏSMİ

Müdafiə və təhlükəsizlik xərclərimiz artırılır –       RƏSMİ

Müdafiə və təhlükəsizlik üzrə xərclər ümumi xərclərin 15,3 faizini təşkil edəcək

 

Azərbaycanda müdafiə və təhlükəsizlik sahəsinə ayrılan vəsaitin həcmi artırılır. AYNA xəbər verir ki, bu barədə məlumat 2021-ci ilin dövlət və icmal büdcələrinin ilkin göstəricilərində yerləşdirilən dair müvafiq cədvəllərdə yer alıb. İlkin göstəricilərə dair açıqlamanı Maliyyə Nazirliyi yayıb.

 

Rəsmi proqnoza əsasən, 2021-ci ildə dövlət büdcəsinin gəlirləri 24 milyard 327 milyon, xərcləri isə 25 milyard 847 milyon 500 min manat olacaq.

 

Müdafiə və təhlükəsizlik üzrə xərclər isə ümumi xərclərin 15,3 faizini təşkil edəcək. Bu isə təxminən 3 milyard 954 milyon manatdan çoxdur.

 

Xatırladaq ki, 2020-ci ilin dövlət büdcəsinə edilən dəyişikliklərdə müdafiə və təhlükəsizlik üzrə xərclər 3 milyard 804 milyon 168 min manat məbləğində müəyyən edilib. 

Müəllif: Ayna.az      3 Sentyabr 2020 13:42
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin