Əsas səhifə Haqqımızda Xəbər lenti

Birinci və ikinci ixtisas qrupları üzrə nəticələr

Birinci və ikinci ixtisas qrupları üzrə nəticələr

17 abituriyent ən yüksək göstərib

 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I və IV ixtisas qrupları üzrə avqustun 20-21-də keçirilmiş qəbul imtahanlarının nəticələri elan edilib. DİM-dən AYNA-ya verilən xəbərə görə, I ixtisas qrupu üzrə 12 nəfər maksimum 400 bal toplamaqla ən yüksək nəticə göstəriblər.

 

Onlardan 1 nəfər – Xırdalan şəhəri, 1 saylı orta məktəbin məzunu imtahanın I mərhələsində 300 bal toplamışdı və beləliklə, hər iki mərhələnin cəminə görə maksimal olan 700 bal toplayıb. İkinci ən yüksək nəticəni 697 bal toplayan Bakı şəhəri, Binəqədi rayonu 297 saylı orta məktəbin məzunu göstərib (həmin abituriyent imtahanın I mərhələsində 300 bal toplamışdı).

 

IV ixtisas qrupu üzrə 5 nəfər 400 bal toplamaqla ən yüksək nəticəni göstərib. Hər iki mərhələnin cəminə görə ən yüksək nəticəni isə 691.4 bal toplayan Bakı şəhəri, 178 saylı orta məktəbin məzunu göstərib. İkinci ən yüksək nəticəni 691.2 bal toplayan Bakı şəhəri, 114 saylı orta məktəbin məzunu əldə edib. 

Müəllif: Ayna.az      3 Sentyabr 2020 12:19
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin