Əsas səhifə Haqqımızda Xəbər lenti

PSJ-nin 2 futbolçusu koronavirusa yoluxub

PSJ-nin 2 futbolçusu koronavirusa yoluxub

Hər iki futbolçu tətilini yarımçıq qoyaraq Parisə qayıdıb

 

PSJ-nin iki futbolçusu koronavirus infeksiyasına yoluxub.

 

AYNA xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

Bildirilir ki, futbolçulardan ikisinin testinin nəticəsi pozitiv çıxıb. Həmin şəxslərin adları açıqlanmasa da, "L'Equipe" nəşri onların yarımmüdafiəçilər Anxel Di Mariya və Leandro Paredes olduğunu iddia edib. Hər iki futbolçu İbiza adasındakı tətilini yarımçıq qoyaraq Parisə qayıdıb.

 

Komandanın digər oyunçuları Mauro İkardi, Neymar, Ander Errera və Keylor Navas da adada istirahət edirlər. İkardinin də virusa yoluxmaq şübhəsinin olduğu vurğulanır.

Müəllif: Ayna.az      1 Sentyabr 2020 08:29
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin