Hava şəraiti qəzaya səbəb oldu, 31 nəfər öldü

Hava şəraiti qəzaya səbəb oldu, 31 nəfər öldü

62 nəfərin həyatını xilas etmək mümkün olub

 

Flippinin Visayan adasında hərəkət edən qayıq qəzaya uğrayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, pis hava şəraitinin səbəb olduğu qəzada 31 nəfər ölüb.

 

Yerli mətbuatadan verilən xəbərə görə, xilasetmə qruplarının araşdırması nəticəsində 62 nəfərin həyatını xilas etmək mümkün olub.

 

Qəzadan sonra sağ qalanlar hadisənin qəfil baş verdiyini, külək və yağış nəticəsində gəmilərin xəsarət aldığını qeyd ediblər.

Müəllif: Ayna.az      5 Avqust 2019 13:42
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin