Əsas səhifə Haqqımızda Xəbər lenti

"Qarabağ" yeni transferini təqdim edib

"Qarabağ" yeni transferini təqdim edib

27 yaşlı futbolçu Portuqaliyada “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikao” və “Saliueyros” klublarında da oynayıb

 

"Qarabağ" klubu daha bir futbolçu transfer edib.

 

AYNA Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, klub uzun müddət davam edən danışıqların nəticəsində Bolqarıstan "Çeno More"sində forma geyinən Patrik Andradeni heyətinə qatıb. Kabo-verdili yarımmüdafiəçi ilə 3 (2+1) illik müqavilə imzalanıb.

 

27 yaşlı futbolçu Portuqaliyada “Ribeyrao”, “Yoan”, “Moreyrense”, “Famalikao” və “Saliueyros” klublarında da oynayıb.

 

Qeyd edək ki, "Qarabağ" yay fasiləsində Donald Gerye, Emil Balayev, Kevin Medina və Uroş Matiçlə də anlaşıb.

Müəllif: Ayna.az      28 Avqust 2020 18:46
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin