Əsas səhifə Haqqımızda Xəbər lenti

Ombudsman fəaliyyətini davam etdirir – AÇIQLAMA

Ombudsman fəaliyyətini davam etdirir –    AÇIQLAMA

Aparat Səbinə Əliyevanın fəaliyyətini dondurması barədə məlumatlara reaksiya verib

 

“Bəzi kütləvi informasiya vasitələrində Ombudsmanın və onun Regional Mərkəzlərinin fəaliyyətinin dondurulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayılıb”. AYNA xəbər verir ki, bu sözlər Ombudsman Aparatının yaydığı açıqlamada öz əksini tapıb.

 

Məlumatda qeyd olunub ki, Ombudsman Səbinə Əliyeva Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında Konstitusiya Qanunu ilə ona verilmiş səlahiyyətlər çərçivəsində öz fəaliyyətini davam etdirməkdədir.

 

Gündəlik olaraq Müvəkkilin ünvanına daxil olan müraciətlər icraata götürülərək qanuna müvafiq surətdə araşdırılır, sorğular göndərilir, onlayn maarifləndirmə tədbirləri və görüşlər həyata keçirilir.

Müəllif: Ayna.az      28 Avqust 2020 16:15
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin