Tibilisi səmasında təyyarələrə uçuş qadağası qoyuldu

Tibilisi səmasında təyyarələrə uçuş qadağası qoyuldu

Uçuş qadağası 5, 7, 8, 9 avqustda da elan ediləcək

 

Gürcüstan Mülki Aviasiya Agentliyi Tbilisi üzərində uçuşları NATO-nun "Çevik ruh 2019" təlimi ilə əlaqədar məhdudlaşdırıb. AYNA virtualaz.org-a istinadən bildirir ki, məlumatı Agentliyin mətbuat xidməti yayıb. Uçuşlar əvvəlcə yerli vaxtla saat 09:30-dan 11:30-a qədər dayandırılıb.

 

İkinci dəfə isə uçuşlar axşam saat 21:30-dan dayandırılıb və məhdudiyyətin 23:30-a qədər davam edəcəyi bildirilib.

 

O da vurğulanıb ki, uçuş qadağası 5, 7, 8, 9 avqustda da elan ediləcək.

Müəllif: Ayna.az      4 Avqust 2019 00:04
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin