Əsas səhifə Haqqımızda Xəbər lenti

Heydər Əliyev Fondundan eşitmə əngəlli uşaqlarla bağlı yeni LAYİHƏ

Heydər Əliyev Fondundan eşitmə əngəlli uşaqlarla bağlı yeni       LAYİHƏ

Əngəlli şəxslər üzərində koxlear implantasiya əməliyyatının aparılmasına başlanılıb

 

Heydər Əliyev Fondunun dəstəyi ilə bir qrup eşitmə əngəlli şəxs üzərində koxlear implantasiya əməliyyatının aparılmasına başlanılıb. AYNA xəbər verir ki, layihə ümumilikdə 90 nəfərədək şəxsi əhatə edəcək. Anadangəlmə və qazanılmış eşitmə əngəli olan həmin şəxslər müxtəlif yaş kateqoriyasındadırlar.

 

Qeyd edək ki, koxlear implant mürəkkəb tibbi elektron qurğudur, anadangəlmə və qazanılmış eşitmə əngəli olan şəxslərə tətbiq edilir. İlkin olaraq eşitmə əngəlli şəxslər müayinədən keçirilir və onların koxlear implantasiya əməliyyatına uyğunluğu müəyyən edilir. Bundan sonrakı mərhələdə isə cərrahi əməliyyat və reabilitasiya dövrü başlayır.

 

Əməliyyat zamanı daxili qulağa xüsusi elektrodları olan tibbi cihaz – koxlear implant yerləşdirilir. Əməliyyatdan sonra pasiyentlərdə eşitmə qabiliyyəti yaranır, tam eşitmə və danışma qüsurlu şəxslər normal həyat tərzinə qayıda bilirlər.

 

Mütəxəssislər anadangəlmə eşitmə əngəlli şəxslərdə əməliyyatın erkən yaşlarda aparılmasının daha səmərəli olduğunu qeyd edirlər.

 

Xatırladaq ki, 2015-ci ildə Heydər Əliyev Fondu “Koxlear implantasiya” proqramı həyata keçirib. Sonrakı dövrdə Fondun dəstəyi ilə koxlear implantasiya əməliyyatları davam etdirilib.

Fotoları təqdim edirik
Müəllif: Ayna.az      26 Avqust 2020 14:01
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin