Əsas səhifə Haqqımızda Xəbər lenti

Gəncədə köhnə bina uçmaq təhlükəsi qarşısındadır - VİDEO

Gəncədə köhnə bina uçmaq təhlükəsi qarşısındadır -     VİDEO

Direktor: “Bu gün problemin yenidən aktuallaşmasının səbəbi isə sakinlərin məsuliyyətsizliyidir”

 

Gəncə şəhərinin Poçt qəsəbəsi, Aydınbəyov küçəsi, bina 49-da yaşayan sakinlərin yaşadıqları bina təhlükəli vəziyyətdədir. AYNA-nın “Baku” TV-yə istinadən xəbərinə görə, ötən əsrin 60-cı illərində istifadəyə verilmiş binada indiyədək heç bir əsaslı təmir aparılmayıb.

 

Binanın kanalizasiya xətləri köhnəldiyindən zirzəmilər su ilə doludur, dəhlizlərin pilləkənləri tamamilə çöküb, divarlarda dərin çatlar əmələ gəlib.

 

Məsələ ilə bağlı Gəncə Şəhər Su-Kanal Törəmə Səhmdar Cəmiyyətinin direktor müavini Yaşar Məhərrəmov açıqlamasında vəziyyətdən məlumatlı olduqlarını bildirib: “Zirzəmidə suyun təmizlənməsi işi aparılıb. Bu gün problemin yenidən aktuallaşmasının səbəbi isə sakinlərin məsuliyyətsizliyidir”.

 

Binadakı çatların aqibətinə gəlincə, bu barədə rəsmi şəkildə açıqlama verən olmayıb.

 

İki gün ərzində Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfat İstehsalat Birliyindən rəsmi cavab veriləcəyi bildirilsə də, heç kim suallarımızı cavablandırmaq istəmədi.

Müəllif: Ayna.az      25 Avqust 2020 18:07
Cəmiyyət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin