Əsas səhifə Haqqımızda Xəbər lenti

Qarabağ bölgəsinin azərbaycanlı icmasından BƏYANAT

Qarabağ bölgəsinin azərbaycanlı icmasından     BƏYANAT

“İşğalda olan Azərbaycan ərazilərinə kənardan etnik ermənilərin qanunsuz köçürülməsi siyasəti davam etdirilir”

 

Azərbaycanın Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğalının 27-ci ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının bəyanat verib. İcmadan AYNA-ya verilən məlumatda bildirilib ki, 1993-cü ilin 23 avqust tarixində Cəbrayıl və Füzuli rayonları təcavüzkar Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib.

 

“Cəbrayıl rayonunun işğal edilmiş 1050 kv.km ərazisindən 60 minə yaxın əhali etnik təmizlənməyə məruz qalıb, rayon mərkəzi və 90 kənd erməni vandalizmi nəticəsində məhv edilib. Həmçinin, 400 nəfər şəhid olub, 91 nəfər əsir və itkin düşüb və 177 nəfər əlil olub. Füzuli rayonunun mərkəzi və 50 kəndinin Ermənistan ordusu tərəfindən işğalı nəticəsində 657 nəfər şəhid olub, 181 nəfər əsir və itkin düşüb və 400 nəfərədək rayon sakini əlil olub. Təcavüzkar Ermənistanın münaqişənin əvvəlində iddia etdiyi əzəli torpağımız olan Dağlıq Qarabağdan əlavə ətraf 7 rayonu da işğal etməsi, onun əsl məqsədinin güc yolu ilə ərazilərimizi ilhaq etmək olduğunu göstərir. Həmin ərazilərə kənardan etnik ermənilərin qanunsuz köçürülməsi siyasəti də bunu təsdiq edir”, - deyə bəyanatda qeyd edilib.

 

İcma bir daha bəyan edir ki, Ermənistan-Azərbaycan münaqişəsinin ədalətli və davamlı həlli yalnız təcavüzkar Ermənistan Silahlı Qüvvələrinin bütün işğal olunmuş ərazilərimizdən çıxarılmasından və etnik təmizləməyə məruz qalmış soydaşlarımızın öz doğma torpaqlarına qayıdışından sonra mümkündür.

Müəllif: Ayna.az      23 Avqust 2020 13:10
Siyasət bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin