Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycan Premyer Liqasında başladı

Azərbaycan Premyer Liqasında başladı

Açılış matçı Sumqayıtda keçirilib

 

Dünən futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə start verilib. AYNA xəbər verir ki, açılış matçı Sumqayıtda keçirilib. Yerli komanda "Kapital Bank Arena"da "Keşlə"ni qəbul edib.

 

Start fitindən əvvəl stadionda ənənəvi olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Matç “Keşlə”nin 1-0 qələbəsi ilə yekunlaşıb.

 

Qeyd edək ki, turun digər matçı avqustun 22-də olacaq. Son çempion "Qarabağ" "Sabah"la görüşəcək. Tura avqustun 23-də "Qəbələ" - "Zirə" dueli ilə yekun vurulacaq.

Müəllif: Ayna.az      22 Avqust 2020 08:04
İdman bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin