Turizm şəhərində atışma: Ölən və yaralananlar var

Turizm şəhərində atışma: Ölən və yaralananlar var

Bir qrup silahlı şəxs magistral yolda yük maşınını atəşə tutub

 

Meksikanın cənub-şərqində yerləşən Quintana Roo əyalətində silahlı insident baş verib. AYNA xarici mətbuata istinadən xəbər verir ki, insident nəticəsində 9 nəfər ölüb, 1 nəfər yaralanıb.

 

Ölkə mətbuatının yazdığına görə, bir qrup silahlı şəxs “Chetumal-Felipe Carrillo Puerto” magistral yolunda yük maşınını atəşə tutub. Hazırda polis həmin şəxsləri axtarır.

 

Qeyd edək ki, bu yaxınlarda Meksikanın turizm zonalarından biri olan Quintana Rooda narkotik ticarəti ilə əlaqəli cinayətlərin artdğına dair xəbərlər yayılmışdı.

Müəllif: Ayna.az      2 Avqust 2019 17:58
Dünya bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin