İnsaf dinin neçə faizidir, hacı - QMİ-yə ritorik sual

İnsaf dinin neçə faizidir, hacı -       QMİ-yə ritorik sual

“Həcc məsələsində monopoliya mövcuddur”

 

Bildiyimiz ki, Həcc ziyarəti İslam dininin sütunlarından biridir. Yəni müsəlmanlar üçün namaz, oruc qədər vacib olan bir əməldir. Ancaq təəssüflər olsun ki, Həcc ziyarətinin qiyməti ildən-ilə bahalaşır. Məhz bu səbəbdən də əksər insanların Allahın evini - Məkkəni ziyarət etmək ümidləri suya düşür.

 

Ötən il Azərbaycanda Həcc ziyarətinin qiyməti 4150 ABŞ dolları idisə, bu il qiymət 4285 ABŞ dolları təşkil edir. Ziyarəti təşkil edən Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Həcc qiymətinin ildən-ilə artmasını Səudiyyə Ərəbistanında da xidmətlərin və hotellərin qiymətlərinin bahalaşması ilə əlaqələndirir.

 

Qeyd edək ki, Həcc ziyarətinin qiyməti təkcə Azərbaycanda deyil, əksər müsəlman ölkələrində bahadır. Məsələn, Fələstində bu il Həccə getmək istəyən zəvvarlar 3720 ABŞ dolları ödəməli olublar.

Müəllif: Rumiyyə Miraslan      4 Avqust 2019 10:41
Cəmiyyət bölməsinə aid digər xəbərlər
25 Sentyabr
13:28
“Artıq Rusiyaya göstərmək lazımdır ki, regionun ağası deyil”
25 Sentyabr
10:22
Hörmətli deputatlar, gətirin görək: nəyiniz var-nəyiniz yox
25 Sentyabr
05:19
Prezident BMT Baş Assambleyasının 75-ci sessiyasında çıxış edib
24 Sentyabr
23:11
“Artıq mənən ölürük” – Əməkdar artist
24 Sentyabr
21:06
Rusiyadakı azərbaycanlıların sayı azalacaq, amma fərqli ehtimallar da var
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin