Əsas səhifə Haqqımızda Xəbər lenti

Prezident nazirliyə yeni səlahiyyət verib

Prezident nazirliyə yeni səlahiyyət verib

NRYTN “Hökumət buludu”nun fəaliyyətini və istifadəsini təşkil edəcək

 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə fərman imzalayıb. AYNA xəbər verir ki, müvafiq sənəd Prezidentin rəsmi saytında dərc edilib.

 

Fərmana əsasən, nazirlik “Hökumət buludu”nun fəaliyyətini və istifadəsini təşkil edir;

 

“Hökumət buludu”nun idarə olunmasını və fəaliyyətinin təşkilini təmin edir,

 

Dövlət informasiya ehtiyatları və sistemlərinin Nazirliyin Data Mərkəzində saxlanılmasını, həmçinin, “Hökumət buludu”ndan istifadəni təşkil edir;

 

Nazirliyin Data Mərkəzində, eləcə də, “bulud” texnologiyasına əsaslanan “bulud” xidmət modellərində dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması və aparılmasını, habelə elektron xidmətlərin təşkili üçün texnoloji mühiti təmin edir;

 

“Hökumət buludu”nun təhlükəsizliyinin təmin edilməsi üçün aidiyyəti dövlət orqanı ilə birlikdə tədbirlər görür;

 

“Hökumət buludu”nun yaradılması vasitəsilə dövlət qurumlarının informasiya ehtiyatları və sistemlərinin istismarı, bunun üçün tələb olunan infrastrukturun qurulması və standartların formalaşdırılması sahəsində aidiyyəti dövlət qurumları ilə birlikdə tədbirlər görür.

Müəllif: Ayna.az      18 Avqust 2020 14:29
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin