Əsas səhifə Haqqımızda Xəbər lenti

“Qarabağdan danışaq” - Layihə başlayır

“Qarabağdan danışaq” - Layihə başlayır

Qarabağın mülki əhalisinin başına gətirilən müsibətlər lentə alınacaq

 

Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarını Qarabağ müharibəsinin mülki əhaliyə vurduğu ziyanla bağlı məlumatlandırmaq üçün “Qarabağdan danışaq” adlı yeni layihəyə start verir. Komitədən AYNA-ya bildirilib ki, Diaspor TV-də yayımlanacaq layihə çərçivəsində Qarabağın mülki əhalisinin başına gətirilən müsibətlər lentə alınacaq.

 

Layihənin özəlliyi odur ki, işğal olunmuş rayonlardan olan insanların çıxışları montaj olunmadan, olduğu kimi yayımlanacaq və arxivləşdiriləcək. İngilis dilində subtitrlərlə yayımlanması nəzərdə tutulan videomateriallar gələcəkdə tarixi araşdırmalar üçün mühüm mənbə rolunu oynaya bilər.

Müəllif: Ayna.az      18 Avqust 2020 12:03
Xəbərlər bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin