Əsas səhifə Haqqımızda Xəbər lenti

Müəllimlərin maaşı azaldıla bilər? - AÇIQLAMA

Müəllimlərin maaşı azaldıla bilər? -     AÇIQLAMA

Rəşad Tağıyev: “Hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsiri olmayacaq”

 

Təhsil Nazirliyinin rəsmi “Facebook” hesabında yeni tədris ili ilə bağlı gedən müzakirələrdə müəllimlərin maaşı məsələsinə də toxunulub.

 

AYNA-nın xəbərinə görə, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Rəşad Tağıyev deyib ki, hibrid formada təhsilin müəllimlərin maaşına heç bir təsiri olmayacaq: “Mövcud layihədə dərs saatlarının bir hissəsi məktəbdə, digər hissəsi onlayn keçiriləcək. Ənənəvi tədris planları qalacaq. Buna görə müəllimlərin əməkhaqqında heç bir azalma nəzərdə tutulmur”.

Müəllif: Ayna.az      17 Avqust 2020 22:36
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin