Əsas səhifə Haqqımızda Xəbər lenti

AZAL-dan oktyabrın 25-dək olan biletlərlə bağlı AÇIQLAMA

AZAL-dan oktyabrın 25-dək olan biletlərlə bağlı     AÇIQLAMA

Bu tarixədək olan biletlər ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər

 

2020-ci ilin 25 oktyabradək uçuş dövrünü əhatə edən aviabiletlər ödənişsiz yenidən təxsis edilə və ya dəyişdirilə bilər. “Azərbaycan Hava Yolları” ASC-dən (AZAL) AYNA-ya verilən məlumata görə, açıq tarixlə rəsmiləşdirilmiş aviabiletlər (konkret geri qayıdış tarixi qeyd edilməyən biletlər) istisnadır.

 

“Alternativ olaraq, biz həmçinin sərnişinlərə aviabiletin dəyərinin geri qaytarılması əvəzinə vauçer formasında pul-sənəd təklif edirik. Bu vauçeri ləğv edilmiş reysə biletin ilkin uçuş tarixindən etibarən iki il ərzində istifadə etmək mümkündür”, - deyə məlumatda qeyd olunub.

Müəllif: Ayna.az      17 Avqust 2020 15:06
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin