Əsas səhifə Haqqımızda Xəbər lenti

Azərbaycanda 199 koronavirus xəstəsi reanimasiyada müalicə alır - RƏSMİ

Azərbaycanda 199 koronavirus xəstəsi reanimasiyada müalicə alır -     RƏSMİ

36 xəstə süni tənəffüs aparatına qoşulu vəziyyətdədir

 

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” (TƏBİB) Azərbaycanda koronavirusla bağlı avqustun 16-na olan statistik göstəriciləri açıqlayıb. AYNA xəbər verir ki, məlumatda gün ərzində Azərbaycanda koronavirusla bağlı 5 min 712 test edildiyi bildirilib.

 

Qeyd olunub ki, ölkə ərazisində bu günə qədər 831 755  test aparılıb. İndiyədək   506  nəfər COVID-19-dan dünyasını dəyişib, 31 875  nəfər xəstəliyə qalib gəlib.

 

Aktiv xəstə sayı 1 838 nəfərdir. Hazırda 199  nəfər reanimasiyada müalicə alır. 36 nəfər isə süni tənəffüs cihazına qoşulub.

Müəllif: Ayna.az      17 Avqust 2020 07:31
Aktual bölməsinə aid digər xəbərlər
Ən çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin